Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından(ABF) YeniAvropa-ya verilən məlumata görə, Bilalhəbaşi Nəzərovun (48 kiloqram) ardınca Əli Abdullayev də yarımfinal görüşündən qalib ayrılıb.
63,5 kiloqram çəkidə mübarizə aparan boksçumuz finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
Millinin digər boksçularından Məhəmmədəli Qasımzadə (60 kiloqram) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kiloqram) isə Castin Morenaya (Kolumbiya) məğlub olduğundan bürünc medala yiyələniblər.
Qeyd edək ki, daha əvvəl Aynur Mikayılova (57 kiloqram) da dünya birinciliyini 3-cü yerdə başa vurub.