logo

Vətəndaşlar harada səs vermələrini  "ASAN xidmət"dən öyrənə biləcəklər

15:15 08-01-2024 | icon 1344
Vətəndaşlar harada səs vermələrini  "ASAN xidmət"dən öyrənə biləcəklər

Azərbaycanda seçki prosesində operativliyi və şəffaflığı təmin etmək üçün hər zaman müasir texnologiyalardan, innovasiyalardan istifadə olunub. Bu dəfə ASAN xidmət Mərkəzi Seçki Komissiyası ilə birgə layihəsi çərçivəsində vətəndaşların adlarını seçki siyahısında yoxlaması üçün operativ həll təqdim edir. "ASAN xidmət"ə hər gün 40 minə yaxın vətəndaş müraciət edir. Onlar mərkəzdə xidmət alan zaman və ya xidmət üçün növbə götürdüyü zaman "ASAN növbə" terminalları vasitəsilə adlarının hansı məntəqənin seçici siyahısında olduğunu yoxlaya bilirlər.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

"Vətəndaşlar sadəcə şəxsiyyət vəsiqələrini xüsusi cihaza oxutdurmaqla əgər seçici siyahısında adları varsa, hansı məntəqədə hansı dairədədirsə onun ünvanını görə bilirlər. Əgər adları seçici siyahısında tapılmazsa, sistem vasitəsilə MSK-ya bununla bağlı müraciət ünvanlaya bilirlər. Beləliklə, vətəndaşlar seçkiyə qədər olan dövrdə əvvəlcədən adının seçici siyahısında olub-olmamasını yoxlamaq, varsa, hansı məntəqədə səs verməli olduqlarını müəyyənləşdirə bilmək imkanı əldə edirlər", - deyə Ü.Mehdiyev qeyd edib.