Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, yarışa Mingəçevirdə yekun vurulub. “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda “Qarabağ” “Kür”ün qonağı olub. Bu, rəqiblərin yubiley çempionatındakı 4-cü görüşü olub.
Əvvəlki üç oyunda “Qarabağ” qalib gəlib. Mövsümün son matçı isə meydan sahiblərinin çempion üzərində 36:26 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub.
Aktivində 21 xalı olan “Azəryol” ilk “üçlüy”ü qapayıb.