logo

ATƏT Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyir

13:13 14-05-2024 | icon 1155
ATƏT Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyir

ATƏT-in sədri kimi Azərbaycanla Ermənistan arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik.

YeniAvropa xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib.

İan Borq qeyd edib ki, bu gün iqlim təhlükəsizliyi məsələsi əsas prioritetlərdəndir.