Azərbaycan və Ermənistanın tezliklə sülh razılaşmasına nail olmasını dəstəkləyirik-ABŞ DD
Biz Qazaxıstanın tərəflərin görüşünə ev sahibliyi etmək təklifini alqışlamışdıq.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, Almatı mühüm və rəmzi məkandır. “Daha əvvəl qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş, o cümlədən ikitərəfli münasibətlər sahəsində irəliləyişlər bizi ruhlandırır. Biz tez bir zamanda hər iki ölkənin daha geniş regionun rifahı naminə sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, - deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.