Futbol üzrə Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın “Haladaş SportKomplexum” stadionunda təşkil olunacaq görüş iyunun 11-i Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Daha əvvəl matçın saat 20:00-da başlayacağı açıqlanmışdı.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də isə eyni məkanda Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.