“Stadler”in iki yeni qatarı Bakıya gətirilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınacaq FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb. Artıq bu qatarlardan ikisi Bakı Dəmiryolu Vağzalına çatdırılıb.
YeniAvropa xəbər verir ki, FLİRT markalı birmərtəbəli qatarın hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir. Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır.
Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Belə ki, qatarda sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır.
Eyni zamanda, qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa “Block-5’’ sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır.
Yeni FLİRT qatarları, həmçinin “Fluidmesh” texnologiyası ilə təchiz olunub. Bu sistem qatarlarda sürətli və kəsintisiz internetin davamlı təmin olunmasında önəmli rol oynayır. Qatarlarda quraşdırılmış multimedia sistemi isə sərnişinlərə səyahət zamanı müxtəlif əyləncəli proqramları izləməklə xoş səyahət təcrübəsi yaşadır.
Yeni FLİRT qatarlarının daha bir üstün cəhəti bar-vaqon salonuna malik olmasıdır. Regionlara səfərlər zamanı sərnişinlər bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər və qəlyanaltılar ala bilərlər.
Xatırladaq ki, Bakıya çatdırılmış bu iki qatar yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.
Azərbaycanda cari ildə 16,7 milyard m3 qaz hasil edilib
İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Biz delimitasiyasını tarixi hadisə kimi dəyərləndiririk-Ceyhun Bayramov
Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub
ATƏT Azərbaycanla Ermənistan arasında bütün praqmatik məsələləri dəstəkləyir
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 19° isti olacaq
Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin etdi
Avropa Bankı ötən il Azərbaycana 13 milyard avro sərmayə yatırıb
İlin əvvəlindən Azərbaycanda neft hasilatı 6 faiz azalıb
Bakıda “Ailə Festivalı” keçiriləcək
Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib
Azərbaycan dünya çempionatında 11 cüdoçu ilə təmsil olunacaq
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapura rəsmi səfərə gedib
Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir
“Qarabağ” qadın həndbol komandası ölkə çempionu olub
Araz çayı üzərində monitorinqlər aparılır
Azərbaycandan 4 ayda 8,5 milyard m3 qaz ixrac edilib
İlham Əliyev ATƏT-in sədrini qəbul edib
Azərbaycan-Qazaxıstan futbol matçının saatı dəyişdirilib
Faktiki hava: Ölkə ərazisində şimşək çaxıb,leysan və qar yağıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycan nefti 84,48 dollara satılır
Antoni Blinken Kiyevə gəlib
Azərbaycan və Ermənistanın tezliklə sülh razılaşmasına nail olmasını dəstəkləyirik-ABŞ DD
Şuşa şəhərinə daha 38 ailə köçürülüb