Cari ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsilə Azərbaycan və ona bitişik ərazilərdə 9702, Azərbaycan ərazisində isə 4548 zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub.
Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. Bu zəlzələlər iyulun 4-də və dekabrın 7-də Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələlərdir.