Ağdamda “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilib
Dekabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam edib.
YeniAvropa xəbər verir ki, beynəlxalq ekspertlər ilk olaraq Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra rayonun Baş Qərvənd kəndi ərazisində Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub.
Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində panel müzakirələri olub. Vətəndaş cəmiyyəti təmsilçisi Orxan Amaşovun moderatorluğu ilə keçirilən müzakirələrdə ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, BMTİP eksperti Don Makdonald, siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti Mustafa Caner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İctimai Birliyinin eksperti İtamar Levy, “Minadan Azad Sarayeva” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Trlin, Humanitar Yardım Fondunun eksperti Mehmet Altıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru Joanne La Terriere, UNICEF-in humanitar minatəmizləmə üzrə eksperti Tetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulu fəsadlardan, ondan qorunma və maarifləndirmə yollarından bəhs ediblər. Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasından dəhşətə gəliblər. Vurğulanıb ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərinin sürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələni etməlidir.
Panel müzakirələri sual-cavab formatında davam edib.
Tədbirin sonunda forum iştirakçıları adından dünya ictimaiyyətinə müraciət səslənib və konfransın xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, iki gün davam edən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forumda müxtəlif ölkələrdən 10-dan çox xarici ekspert iştirak edib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov