logo

Minatəmizləmə ilə bağlı xaricdən gələn dəstək məhduddur, bu, artmalıdır- Aygün Əliyeva

13:33 06-12-2023 | icon 1015
Minatəmizləmə ilə bağlı xaricdən gələn dəstək məhduddur, bu, artmalıdır- Aygün Əliyeva

“Vətən müharibəsindən sonra 338 nəfər minaya düşüb, 65 nəfər həlak olub. 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər qadındır. 1991-ci ildən bu yana Azərbaycanda 3418 nəfər minadan zərər çəkib”.

YeniAvropa xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva dekabrın 6-da “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda çıxış edərkən söyləyib.

A.Əliyeva bildirib ki, hazırda Azərbaycan dünyada mövcud ən müasir texnologiyalardan istifadə edərək minatəmizləmə işləri həyata keçirir:

“Bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Xaricdən gələn dəstək isə məhduddur. Bu dəstək artmalıdır”.

A.Əliyeva deyib ki, bu gün dünyada 60-dan çox ölkə minadan əziyyət çəkir:

“Azərbaycan da təəssüf ki, bu siyahıda ön sıralardadır. Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1,5 milyondan çox mina, partlamamış hərbi-sursat basdırıb. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və s. texniki hallar son 30 ildə hər il basdırıldığını, hər hansı səbəbdən yeni minalarla əvəzləndiyini deməyə əsas verir”, - deyə Agentliyin icraçı direktoru əlavə edib.