logo

Xəzərdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

17:27 05-12-2023 | icon 3976
Xəzərdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, dekabrın 5-də saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 metr/saniyə, Gəncədə 24 metr/saniyə, Mingəçevirdə 23 metr/saniyə, Şəki, Neftçala, Tərtərdə 20 metr/saniyə, Goranboy, Naftalanda 19 metr/saniyə, Bərdədə 18 metr/saniyə, Ağdamda 16 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.