logo

Ağdamda mina partlaması: ANAMA-nın işçisi ayağını itirib

15:05 05-12-2023 | icon 4032
Ağdamda mina partlaması: ANAMA-nın işçisi ayağını itirib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən dekabrın 5-də piyada əleyhinə mina partlayışı baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Onun vəziyyəti qənaətbəxşdir.