Paytaxtda hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən YeniAvropa-ya bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.