Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-dən 27-si səhərədək cənub-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 25-26-da əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.