logo

Cəlilabadda alça ağacı noyabrda ikinci dəfə bar verib

12:31 15-11-2023 | icon 1344
Cəlilabadda alça ağacı noyabrda ikinci dəfə bar verib

Cəlilabadın Xanəgah kənd sakini Cəbrayıl Süleymanovun həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, payızın ortasında alça ağacı ikinci dəfə çiçəkləyib və bar verib.

Cəbrayıl Süleymanovun sözlərinə görə, ağac 7 ildir ki əkilib. Meyvə ağacı hər il yazda çiçəkləyir və yayda ildə bir dəfə meyvəsi dərilib. Son zamanlar havaların isti keçməsi səbəbindən ağaclar yenidən çiçəkləyib və ilk dəfə bu il ikinci dəfə bar verib.

Mütəxəssislərin fikrincə, alça ağacının bu vaxt bar verməsi anormal hadisədir. Ümumiyyətlə, alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar “yalançı çiçək”lər açır və az sonra tökülür. Amma builki alça çiçəklərinin tədricən meyvəyə çevrilməsi və ağacın bir ildə ikinci dəfə məhsul verməsi qeyri-adi təbiət hadisəsi kimi qiymətləndirilir.