Noyabrın 15-də Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı gözlənilir.
Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.
Xatırladaq ki, Türk Dünyası I Meteorologiya Forumu 2021-ci il fevralın 19-da Türkiyənin paytaxtı Ankarada keçirilmişdi.