logo

Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib

15:55 13-11-2023 | icon 1358
Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov YeniAvropa-ya bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.