Azərbaycanın turizm potensialı Çində təqdim olunub
Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 9-dan 13-dək Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Dövlət Turizm AgentliyindənYeniAvropa-ya bildirilib ki, tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, "Baku Marriott Hotel Boulevard", "Gabala Hospitality Group", "Hilton Baku", "Hyatt Regency Baku", “Badamdar Hotel & Residences” hotelləri və 10 yerli turizm şirkəti təmsil olunub.
Çindən olan 150-dək turizm sektoru nümayəndəsini bir araya gətirən tədbirlərdə, həmçinin B2B formatlı görüşlər təşkil edilib.
Tədbirlərdə Azərbaycanın müxtəlif turizm təkliflərini əhatə edən təqdimatlar və videoçarxlar nümayiş etdirilib, Azərbaycanın istirahət turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.
Təqdimatlardan sonra keçirilmiş interaktiv sual-cavab sessiyalarında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub.
Azərbaycan həmçinin noyabrda 15-17-də Pekində keçiriləcək beynəlxalq Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində təmsil olunacaq.
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Çindən 20 min 469 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım deməkdir.
Son illərdə Azərbaycan Asiyadan olan turistlər üçün cəlbedici səyahət məkanı olaraq dinamik mədəniyyət və biznes mərkəzi kimi nüfuz qazanıb. Hazırda Çindən olan turistlər arasında Azərbaycana maraq müşahidə edilir. Bazar araşdırmaları göstərir ki, Çindən olan ziyarətçilər Azərbaycan tarixinə və mədəni irsinə maraq göstərərək səfər siyahılarına muzeyləri, UNESCO-nun İrs Siyahısına daxil olan məkanları, İpək Yolu üzərində yerləşən şəhərləri əlavə edirlər, həmçinin alış-veriş və qolf oyunu kimi lüks seqmenti seçimlərinə daxil edirlər.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq