logo

Qarşıdakı bir həftə ərzində paytaxtda hava necə olacaq?

15:55 01-11-2023 | icon 1631
Qarşıdakı bir həftə ərzində paytaxtda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında bir həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, noyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 20-25° isti olacaq.

Noyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.

Noyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 17-22° isti olacağı bildirilir.

Noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Noyabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 19-24° isti olacağı ehtimalı var.

Noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 17-22° isti olacağı gözlənilir.

Noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-22° isti olacaq.