logo

Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir

19:20 26-10-2023 | icon 1512
Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir

Azərbaycanın turizm imkanları Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2023) tanıdılır.

Dövlət Turizm Agentliyindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 26-29-da keçirilən sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.

Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Gerso Travel”, “Asia Travel” və “ENC Tours” turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil olunur, əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında 2022-ci ildə “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandumda turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.

70 ölkədən 1275 şirkətin təmsil olunduğu sərgi Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.