logo

"Şahdağ"da 3 sm qar yağıb

11:11 20-10-2023 | icon 3724
"Şahdağ"da 3 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb. Gecə saatlarında Gədəbəyin yüksək dağlıq ərazilərində və Şahdağda qar yağıb. Səhər saatlarından yağıntılar kəsilib.

Xidmətdən  YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı: Şamaxıda 10, Qobustan, Şahbuz, Şərurda 9, Orubadda 8, Culfada 7, Şahdağda 6, Yardımlı, Lənkəran, Lerik, Biləsuvar, Cəfərxan, Zaqatala, Astara, Qax, Quba, Qusar, Xaltan, Gədəbəy, Sədərək, Neftçala, Altıağac, Balakən, Qrız, Qəbələ, Mingəçevir, Ağdam, Ağsu, Oğuz, Şəki, Tərtər, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Yevlax, Göyçay, Göygöl, Tovuz, Beyləqan, İmişli, Kürdəmir, Naftalanda 5 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Şahdağda 3 santimetr qar örtüyü əmələ gəlib.

Sumqayıt, Şərur, Göygöl, Göyçay, Yevlax, Cəfərxan, Şəmkir, Qax, Balakən, Altıağac, Şamaxı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 23 metr/saniyə, Tərtər, Naftalanda 18 metr/saniyə, Bakıda və Abşeron yarımadasında isə 20 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək. Ölkə ərazisində 20-si gündüz və 21-22-də hava şəraiti mülayim, sabit keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.