Baş prokuror Pekində işgüzar səfərdədir
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşkilatçılığı ilə keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak etmək məqsədilə Pekin şəhərinə işgüzar səfərə gedib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərlərinin iştirak etdiyi Tematik Forumun işində iştirak edib. Çinin Milli Təftiş Komissiyasının sədri Liu Jinguo forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizənin 5 əsas sütun - hüquqi baza, şəffaflıq biznes iqlimi, səmərəli ədalət mühakiməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qurumları və beynəlxalq əməkdaşlıq fəlsəfəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi, bu prosesin bu gün də qətiyyət və uğurla davam etdirildiyi barədə danışıb.
Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib. Bu gün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanaraq bu sahədə iqtisadi fəaliyyətin şəffaf və sağlam mühitə əsaslandığı qeyd edilib.
Səfər çərçivəsində baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran, xüsusilə antikorrupsiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Baş Prokurorluğun nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır