Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə keçirilən Şəhər günü maraqlı konsert və təqdimatlarla yadda qalıb.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, tədbir çərçivəsində günün sonunda Füzuli sakinləri üçün konsert proqramları təqdim olunub.
Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.