Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 13-də Şuşa şəhərinə gəliblər.
YeniAvropa xəbər verir ki, tədbir iştirakçıları ikigünlük səfər çərçivəsində Şuşada tarixi məkanlarla, burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin bir sıra maraqlı tədbir və görüşlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Forum oktyabrın 14-dək davam edəcək.