logo

Prokurorluq Neftçalada 47 yaşlı qadının intihar etməsini araşdırır

09:29 13-10-2023 | icon 1477
Prokurorluq Neftçalada 47 yaşlı qadının intihar etməsini araşdırır

Neftçala rayonunun Qızqayıd Xəlilovanın özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.