logo

Xınalıq, Qrız, Qusar və "Şahdağ"a qar yağıb

10:10 12-10-2023 | icon 1463
Xınalıq, Qrız, Qusar və "Şahdağ"a qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Xidmətdən YeniAvropa-ya  bildirilib ki, düşən yağıntının miqdarı: Lənkəranda 37, Astarada 27, Göytəpədə 26, Ağsuda 10, Yardımlıda 9 , Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 9 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Qrız və Qusarda 1 santimetr olub. Lerik, Qrız və Balakəndə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 metr/saniyə, Bərdə, Şəki, Şirvanda 18 metr/saniyə, Şabranda 16 metr/saniyə , Bakıda və Abşeron yarımadasında 27 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-si gündüzədək davam edəcək. 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.