Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin iclasında iştirak edib
Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin 21-ci iclasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Qazaxıstan Respublikası parlamenti Senatının sədri Maulen Aşimbayevin rəhbərliyi ilə keçirilən tədbirdə 23 ölkədən dini liderlər, siyasi və ictimai xadimlər, ictimaiyyət və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İclası açan Qurultay katibliyinin rəhbəri Maulen Aşimbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd edilib ki, iyirmi illik fəaliyyəti ərzində Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayı dinlərarası sülhün və harmoniyanın möhkəmləndirilməsinə, tolerantlıq və qarşılıqlı dəstək ideyalarının təbliğinə mühüm töhfələr verib.
Daha sonra çıxış edən Katibliyin üzvü, QMİ sədri şeyxülislam A.Paşazadə görüş iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin və bütün Azərbaycan xalqının salamlarını çatdırıb. O, dinlərarası dialoqun Astana qlobal formatının xüsusi rolunu qeyd edib, bu platformanın əhəmiyyətinin və beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident Kasım-Jomart Tokayevin xüsusi rolunu vurğulayıb. Şeyxülislam tədbir iştirakçılarına işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. “Biz bərpa və minatəmizləmə işlərində Azərbaycana dəstək göstərən, yenidənqurma layihələrində iştirak edən hər bir dövlətə minnətdarıq. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzuli şəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə görə dərin təşəkkürümüzü ifadə edirik”, - deyə QMİ sədri bildirib.
İclas iştirakçıları Qurultayın 2023-2033-cü illər üçün inkişaf konsepsiyasını təsdiqləyiblər və Qurultay katibliyinin növbəti - XXII iclasının 2024-cü ilin sentyabrında Astanada keçirilməsi barədə qərar qəbul ediblər.
Yekun nitqlə çıxış edən parlament Senatının sədri M.Aşimbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunması barədə sərəncamını iclas iştirakçılarına elan edib. Dövlət ordeni şeyxülislama təqdim edilib. Katibliyin bir sıra digər üzvlərinə qurultayın xatirə medalları və sertifikatları təqdim olunub.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır