Yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 33 min 836 nikaha daxilolma və 14 min 544 boşanma halları qeydə alınıb.
YeniAvropa Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6-dan 5-ə enib, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.