Baş Prokurorluq test imtahanından keçən namizədlərə müraciət edib
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 10-da Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Baş Prokurorluğun (https://genprosecutor.gov.az/az/post/6887) rəsmi internet səhifəsində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər qeyd olunan sənədləri oktyabrın 16-dan 27-dək hər gün (həftənin şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:
- 3x4 santimetr ölçüdə dörd ağ fonda rəngli fotoşəkil;
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;
- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti;
- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizənin, kadrlar uçotunun şəxsi vərəqəsinin və tərcümeyi-halın əslini, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diploma əlavənin (qiymət cədvəlinin), xarici diplom olduğu halda onun Azərbaycan dilinə tərcüməsinin və tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətlərini, və 4x6 santimetr ölçüdə dörd ağ fonda rəngli fotoşəkil).
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır