Allahşükür Paşazadə Qazaxıstan parlamenti Senatının sədri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşımbayevla görüşüb.
M.Aşımbayev qonağı səmimiyyətlə salamlayıb və xalqlarımızı birləşdirən qardaşlıq əlaqələrini xüsusi qeyd edib: “Ölkələrimizi və xalqlarımızı çoxəsrlik möhkəm dostluq telləri, ortaq tarix, adət-ənənələr və mədəniyyət birləşdirir. Qazaxıstanda biz sizin ölkənizin bütün nailiyyətlərinə ürəkdən sevinirik. Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində dövlətlərarası əlaqələr bir çox sahələrdə möhkəmlənib. Təbii ki, buna iki ölkənin prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev arasında daimi təmaslar kömək edir. Mən həmçinin dinlərarası dialoqun təşviqi üçün birgə işi davam etdirməyi vacib hesab edirəm”.
Maulen Aşımbayev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə xalqımıza və ölkə rəhbərliyinə səmimi təbriklərini çatdırıb: “Bu, ədalətin bərqərar olunması yolunda Azərbaycan rəhbərliyinin və xalqının sarsılmaz iradəsi sayəsində baş verdi. Qazaxıstan qardaş Azərbaycanı onun ədalətli mübarizəsində həmişə dəstəkləyib və dəstəkləyəcək. Biz bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasında qardaş Azərbaycana hərtərəfli dəstək verməyə hazırıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın qələbəsi bütün türk xalqlarının qələbəsidir”.
Senatın sədri Dünya və ənənəvi dinlər liderləri Qurultaylarının işində fəal rol oynadığına görə Şeyxülislama dərin təşəkkürünü bildirib, qurultay katibliyinin Azərbaycanın dini liderinin təcrübəsindən və müdrikliyindən bəhrələndiyini vurğulayıb.
Öz növbəsində, çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan rəhbərliyinin və xalqımızın salamlarını qardaş ölkənin Senat sədrinə çatdırıb. Bildirib ki, biz Qazaxıstanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlardan, qardaş ölkənin artan beynəlxalq nüfuzundan çox məmnunuq. Eyni zamanda, Şeyxülislam qurultayın nüfuzunun möhkəmlənməsində Prezident Kasım-Jomart Tokayevin müstəsna rolunu vurğulayıb.
QMİ sədri Azərbaycan-Qazaxıstan əməkdaşlığından, iki dövlət rəhbərliyinin və xalqlarının həmrəyliyindən danışaraq, prezident Tokayevin işğaldan azad edilmiş ərazilərə səfərini və Füzulidə Kurmanqazı adına yaradıcılıq inkişaf mərkəzinin tikintisi təşəbbüsünü xüsusilə vurğulayıb, bunu iki xalqın ortaq mədəniyyətinin və həmrəyliyinin simvolu kimi səciyyələndirib.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və QMİ sədrinin birinci müavini müfti Salman Musayev iştirak ediblər.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır