logo

Bakının tullantı sularının 40 faizi təmizlənmədən Xəzər dənizinə axıdılır

12:34 10-10-2023 | icon 1764
Bakının tullantı sularının 40 faizi təmizlənmədən Xəzər dənizinə axıdılır

Bakı şəhərinin özündə formalaşan tullantı sularının təxminən 60 faizi təmizləyici qurğulara yönəldilir. Qalan hissə tullantıtəmizləmə prosesindən keçmədən ətraf mühitə və ya Xəzər dənizinə axıdılır.

YeniAvropa xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi iclasında deyib.

“Təkcə ötən il ərzində və ya bu ilin doqquz ayında yüzlərlə akt bağlanıb, protokol, cərimə, ödəmə və digər sanksiyalar tətbiq olunub. Yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu qanunun tələblərinə riayət olunması üçün fiziki, hüquqi və vəzifəli şəxslərin qarşısında müəyyən məsələlər qoyulur və mütəmadi şəkildə tədbirlər görülür. Lakin biz nəzarət tədbirlərindən daha çox təbliğat, təşviqat tədbirlərinə fikir vermək istəyirik”, - deyə Rasim Səttarzadə əlavə edib.