logo

Bakıda “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

09:49 10-10-2023 | icon 1253
Bakıda “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələri dövlət qayğısı ilə əhatə olunub.

Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov təşkilatın böyük mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində böyük rol oynadığını vurğulayıb. Həmçinin təşkilatın beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılır.

Konfrans çərçivəsində Bakı Marionet Teatrında “Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində “İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı”, Tahir Salahovun ev-muzeyində isə “İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər təşkil olunub.