logo

Allahşükür Paşazadə dünya din liderlərinin Qurultay Katibliyinin sessiyasında iştirak edəcək

11:55 09-10-2023 | icon 1351
Allahşükür Paşazadə dünya din liderlərinin Qurultay Katibliyinin sessiyasında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstan Respublikasına səfərə yola düşüb.

QMİ-nin Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astanada keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.

Dinlərarası dialoq müstəvisində 20 ildən çox tarixə malik nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olaraq şeyxülislam Allahşükür Paşazadənin oktyabrın 9-12-də Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.