Sinoptiklərdən xəbərdarlıq: Temperatur enəcək, yağış və qar yağacaq
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enərək, oktyabrın 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.
Oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Azərbaycanın rayonlarında cənub-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 30-35 metrədək güclənəcəyi ehtimal edilir.
Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır