logo

Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq tədbir keçirilir

09:09 07-10-2023 | icon 1155
Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq tədbir keçirilir

Oktyabrın 7-də Naftalan şəhərində “Naftalan–Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

YeniAvropa xəbər verir ki, bu tədbir 2022-ci il oktyabrın 8-9-da Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilmiş beynəlxalq elmi-praktik konfransın davamıdır.

Konfransın əsas məqsədi – tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdir.

Konfransda Azərbaycan, Latviya, Litva, Polşa, Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Almaniya və Rusiya Federasiyasının turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.