logo

İrandan Azərbaycana 40 kq-dək narkotika keçirmək istədilər

09:39 06-10-2023 | icon 1414
İrandan Azərbaycana 40 kq-dək narkotika keçirmək istədilər

Oktyabrın 6-da saat 00:23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 39 kiloqram 658 qram narkotik vasitə və 700 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.