logo

"Şahdağ"a 16 santimetr qar yağıb

10:55 05-10-2023 | icon 2926
"Şahdağ"a 16 santimetr qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

XidmətdənYeniAvropa-ya verilən məlumata görə, Şahdağ, Qoşqara (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 16 santimetr olub.

Düşən yağıntının miqdarı Lənkəranda 90 (aylıq normanın 36 faizi), Göyçayda 53 (aylıq normanın 90 faizi), İsmayıllıda (İvanovka) 52 (aylıq normanın 41 faizi), Lerikdə 49 (aylıq normanın 51 faizi), Astara, Yardımlıda 44, Biləsuvarda 34 (aylıq normanın 74 faizi), Zərdabda 34 millimetr (aylıq normanın 88 faizi), Balakəndə 32, Kürdəmirdə 32 (aylıq normanın 69 faizi), İmişlidə 31 (aylıq normanın 75 faizi), Qəbələdə 31 (aylıq normanın 25 faizi), Qaxda 28, Qrızda 25, Ağsuda 22, Şahdağ, Sabirabadda 21, Beyləqanda 19 (aylıq normanın 50 faizi), Tərtər, Oğuzda 18, Neftçalada 17 (aylıq normanın 38 faizi), Ağdam, Biçənəkdə 17, Gədəbəydə 16, Göygöl, Şərurda 15, Mingəçevirdə 15 (aylıq normanın 37 faizi), Daşkəsəndə 14, Şəkidə 13, Zaqatala, Şamaxıda 12, Naftalanda 11, Sədərək, Zaqatala, Şahbuzda 9, Qobustan, Culfa, Naxçıvanda 8, Gəncə, Yevlax, Ordubadda 7 millimetr, Xaltan, Bərdə, Cəfərxan, Şirvan, Qusar, Şəmkir, Ceyrançöl, Göytəpə, Kəlvəz, Tovuz, Altıağac, Qubada 6, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında 18 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Şamaxı, Şəki, Balakən, Kürdəmir, Qrızda (Quba) duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Oktyabrın 6-da havanın sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.