logo

Bakıda “ölüm oyunu” adı ilə təhlükəli vəziyyət yaradan gənclər saxlanılıblar

09:49 05-10-2023 | icon 1393
Bakıda “ölüm oyunu” adı ilə təhlükəli vəziyyət yaradan gənclər saxlanılıblar

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.