logo

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

09:49 04-10-2023 | icon 1232
Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağışın miqdarı Qubada 29, Şabranda 19, Qusarda 18, Lerikdə 17, Gədəbəydə 15, Neftçalada 14, Altıağacda 9, Yardımlı, Xaltanda 7 millimetr, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvarda 6, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Göyçayda 20, Naftalanda 18, Naxçıvanda 16, Bakıda və Abşeron yarımadasında 20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.