logo

Aygün Əliyeva: İcrası başa çatan 54 layihənin yekun nəticələri təhlil edilir

17:57 03-10-2023 | icon 2324
Aygün Əliyeva: İcrası başa çatan 54 layihənin yekun nəticələri təhlil edilir

Hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə müxtəlif QHT-lər tərəfindən 54 layihənin icrası yekunlaşıb. Layihələrin yekun nəticələri təhlil edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva  KİV-ə müsahibəsində deyib.

O qeyd edib ki, bu layihələr ümumilikdə respublikanın 41 şəhər və rayonunu əhatə edib. “Bununla yanaşı, hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihənin icrası davam edir”, - deyə A.Əliyeva bildirib.