logo

Bakıdakı Astronavtika Konqresində Ayın tədqiqatından danışılıb

16:16 03-10-2023 | icon 1260
Bakıdakı Astronavtika Konqresində Ayın tədqiqatından danışılıb

Oktyabrın 3-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin “Ayın tədqiqat dövrü başladı” adlı plenar iclası keçirilib.

YeniAvropa xəbər verir ki, plenar iclas Nujoud Merancy moderatorluğunda keçirilib. İclasda Kəşfiyyat Sistemlərinin İnkişafı Missiya Müdirliyinin köməkçi administratoru James Free, JAXA Agentliyinin vitse-prezidenti Hiroshi Sasaka, NASA-dan nümayəndə Sharmila Bhattacharya iştirak ediblər.

Qeyd edilib ki, ötən ilin noyabrın 16-da son 50 il müddətində ilk dəfə insan tərəfindən hazırlanan kosmik gəmi Aya göndərilib. Həmin gəmiyə bərk yanacaqla işləyən gücləndiricilər əlavə edilib. Gəmi orbitə gedən yolda iki saatdan az müddətdə öz gücləndiricisindən ayrılıb. “Artemida” proqramı və ya digər adı ilə “Artemis-1” Ayın tədqiqatında yeni bir dövrün başlandığının ən böyük göstəricisidir. Artıq kosmosun tədqiqində yeni bir dövr başlayıb və bu, yalnız başlanğıcdır.

Plenar iclasda, eyni zamanda Yer kürəsindən kənarda kəşfiyyata yönəlmiş robot və insan astronavtika fəaliyyətləri müzakirə olunub.