logo

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

15:15 03-10-2023 | icon 1295
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Qeyd olunub ki, bu gün Heydər Əliyev prospektində şəhər istiqamətində növbəti piyada vurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb: “Hadisə zamanı təyin edilməyən yerdən keçən piyada ölüb. Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu faciələrə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik!”.

Qeyd edək ki, oktyabrın 3-də səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.