Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Mustafayev, Ş.Mustafayev, X.Ələkbərov, A.Rzayev küçələri, 1849-cu keçid, 3-cü mədən ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.