logo

Nazir Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

15:15 26-09-2023 | icon 1708
Nazir Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən sentyabrın 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonların sakinləri ilə görüşün tarixi oktyabrın 11-nə dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə Daxili İşlər Nazirliyinin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə oktyabrın 10-dək müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.