Bakıda üzərinə isti su tökülən şəxs ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 16-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.