Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən YeniAvropa-ya bildirilib ki, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sentyabrın 25-də axşam saatlarından başlayaraq sentyabrın 26-dək gün ərzində Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.