logo

Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib

17:13 24-09-2023 | icon 1330
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

YeniAvropa xəbər verir ki, bu barədə deputatın qardaşı Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, deputatın müalicəsi ilə bağlı məsələlər Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Fondun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və deputatın müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür.

Qeyd edək ki, ötən gecə millət vəkili Qənirə Paşayeva komaya düşüb.

Onun qəbul etdiyi dərmanların yan təsirindən komaya düşdüyü bildirilir.