logo

Prokurorluq Şuşada baş verən mina partlamasını araşdırır

17:11 22-09-2023 | icon 1575
Prokurorluq Şuşada baş verən mina partlamasını araşdırır

Şuşada baş verən mina hadisəsi üzrə rayon prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alıb.