Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxt yollarında əvvəlcədən gözlənilən sıxlıqlarla bağlı ictimaiyyət arasında tərəfimizdən geniş təbliğat işləri aparılıb. Vətəndaşlarımıza yollardakı sıxlığın təbii səbəbləri ilə yanaşı, nəzərdə tutulmuş yol hərəkəti qaydalarına, xüsusilə də dayanma-durma tələblərinin pozulması, əsasən də valideynlər, universitetlərdə təhsil alan tələbələr, təhsil ictimaiyyətinə yollarda hərəkətin intensiv olduğu şəhərimizdə yol hərəkəti qaydalarına xüsusi diqqət yetirməyi biz öz tərəfimizdən mütəmadi olaraq çatdırmışıq.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yeni tədris ili başlayandan sonra paytaxt yollarında avtomobil tıxaclarının artmasının qarşısının alınması ilə bağlı görülən işlərdən danışarkən deyib.