logo

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət etdi

15:55 22-09-2023 | icon 1519
Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət etdi

Daxili İşlər Nazirliyi sosial media, elektron poçt və SMS vasitəsilə göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə deyilir: “Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən “Linkə keçid et, hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın!

Belə linklərə klikləməyin.

Şəxsi məlumatlarınızı paylaşmayın.

Heç bir ödəniş etməyin”.